Rusiya XİN: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında Aİ və ABŞ-nin vasitəçiliyi nəticə vermir”
22-11-2023, 16:45
6 910

Rusiya XİN: “Bakı-İrəvan münasibətlərinin normallaşdırılmasında Aİ və ABŞ-nin vasitəçiliyi nəticə vermir”

“Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması məsələsində Avropa İttifaqı (Aİ) və ABŞ-nin vasitəçiliyində real nəticə yoxdur”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

“ABŞ və Aİ-nin bir sıra səbəblərə görə etibarlı vasitəçi sayıla bilməyəcəyinə baxmayaraq, İrəvan Vaşinqton və Brüsseldə sülh sazişi üzrə danışıqlara can atır. Onların addımları Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa yönəlib", - o bildirib.

Oxşar xəbərlər