Baş katib KTMT-nin Minsk sammitindən sonra İrəvana səfər edəcək
23-11-2023, 13:56
1 309

Baş katib KTMT-nin Minsk sammitindən sonra İrəvana səfər edəcək

KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov təşkilatın Minsk sammitindən sonra İrəvana səfər edəcək.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

KTMT Baş katibi sammitdə imzalanmış qərarları Ermənistan rəsmilərinə təhvil verəcək.

Xatırladaq ki, bu gün Minskdə KTMT-nin sammiti keçirilir, Ermənistan Baş naziri Nikol Paşinyan sammitdə iştirakdan imtina edib.

Oxşar xəbərlər