Dünya
28-11-2023, 10:42
828
Blinken Brüsseldə Hakan Fidanla görüşəcək
ABŞ dövlət katibi Entoni Blinken Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.
Bildirilib ki, görüş bu gün Brüsseldə baş tutacaq.
Qeyd edək ki, bu gün Belçikada NATO ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İclas çərçivəsində Blinken həmçinin NATO Baş katibi Yens Stoltenberqlə görüşəcək. Dövlət departamenti bildirib ki, Blinken səfəri çərçivəsində Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada xarici işlər nazirləri və Aİ-nin Ali Nümayəndəsi ilə birgə görüş keçirəcək.