ATƏT İrəvan-Bakı dialoqu üçün platforma təklif edir
30-11-2023, 15:57
7 008

ATƏT İrəvan-Bakı dialoqu üçün platforma təklif edir

ATƏT rəhbərliyi İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqun tərəfdarı olub.

Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani xarici işlər nazirlərinin Skopye görüşündə bildirib.

"Rəhbərlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir", - Osmani deyib. 

O, ATƏT-in konstruktiv dialoq platforması təklif etdiyini vurğulayıb.

Oxşar xəbərlər