Rusiyada hərbi poliqonda partlayış olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb
7-12-2023, 17:46
6 628

Rusiyada hərbi poliqonda partlayış olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyada hərbi poliqonda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Ryazan Regional İstintaq İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Rusiyanın Ryazan vilayətinin Dubroviçi kəndindəki poliqonda baş verən partlayış nəticəsində Rusiya Qvardiyasının əməkdaşı ölüb və iki nəfər yaralanıb.

Odlu silah təlimi zamanı partlayıcı qurğu qəfildən şəkildə işə düşüb. Hazırda araşdırma aparılır.

Oxşar xəbərlər