İranın Məşhəd şəhərində mehmanxanada yanğın olub
20-12-2023, 16:43
6 467

İranın Məşhəd şəhərində mehmanxanada yanğın olub

İranın Məşhəd şəhərində “Bastan” adlı mehmanxanada yanğın olub.
“Fars” agentliyi xəbər verir ki, bu barədə Məşhəd bələdiyyəsi yanğınsöndürmə və təhlükəsizlik xidmətinin rəhbəri Həmidrza Kafiniya bildirib.
Onun sözlərinə görə, yanğının söndürülməsinə 75 yanğınsöndürən və 25 yanğınsöndürən maşın cəlb edilib.
Vurğulanıb ki, “Bastan” oteli İmam Rza məqbərəsinin yaxınlığında yerləşir.
Hadisənin səbəbi və şəraiti hələ məlum deyil.

Oxşar xəbərlər