"Ermənistanın KTMT-dən çıxması gündəmdə deyil" - Rusiyalı səfir
22-12-2023, 11:29
933

"Ermənistanın KTMT-dən çıxması gündəmdə deyil" - Rusiyalı səfir

Moskva Ermənistanın KTMT-dən çıxma ehtimalını qiymətləndirərkən Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tutur. 
Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin TASS-a müsahibəsində bildirib.
"Bu məsələdə biz ilk növbədə Ermənistan rəhbərliyinin rəsmi bəyanatlarını rəhbər tuturuq, ona əsasən Ermənistan Respublikasının KTMT-dən çıxması məsələsi hazırda gündəmdə deyil. Ermənistan Respublikası gələn il Avrasiya İqtisadi İttifaqına sədrlik edəcək", - Kopirkin deyib. 

Oxşar xəbərlər