İsrail ordusu Qəzzada daha iki hərbçisini itirib
25-12-2023, 10:23
804

İsrail ordusu Qəzzada daha iki hərbçisini itirib

İsrail ordusu Qəzzada daha iki hərbçisini itirib.
Bu barədə İsrail Müdafiə Qüvvələri (İsrael Defence Forces – İDF) məlumat yayıb.
Bununla da İsrail ordusunun Qəzza zolağında HAMAS-a qarşı yerüstü əməliyyatlar zamanı itirdiyi hərbçilərin ümumi sayı 156-ya çatıb. Qəzza zolağında İsrail-HAMAS arasında 7 oktyabrdan etibarən döyüşlərin gərginləşməsi nəticəsində ölən israilli hərbçilərin ümumi sayı isə 489 nəfərə çatıb.
Xatırladaq ki, HAMAS təşkilatının İsrail ərazisinə raket zərbələri endirməsinə cavab olaraq 7 oktyabrda İsrail ordusu “Dəmir qılınclar” (“Iron swords”) əməliyyatına başladığını bəyan edib, hərbi əməliyyatlar 80-ci gündür ki, davam edir.

Oxşar xəbərlər