GEM: Böyüklər qızılcanı daha ağır keçirirlər
27-12-2023, 15:12
920

GEM: Böyüklər qızılcanı daha ağır keçirirlər

Böyüklər qızılca xəstəliyini daha ağır keçirirlər.

Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. Həkimin sözlərinə görə, buna səbəb həmin şəxslərin uzun illər əvvəl peyvənd almağına və ya heç peyvənd olunmadıqlarına görədir.

Həkim qeyd edib ki, qızılcaya yoluxan şəxsdə ilkin mərhələdə yüksək hərarət 4 günə qədər davam edir. Həkim deyib ki, 4 gündən sonra isə səpkilər əmələ gəlməyə başlayır:

“Səpkili dövr də 4 gün davam edir və bu müddətdə də temperatur yüksək olur. Həmin dövrlər yoluxduruculuq baxımından yüksək olur”.

Qızılcanın atipik halları barədə danışan həkim deyib ki, bu vəziyyətdə xəstəyə diaqnoz qoyulması üçün qan analizi götürülməli və qızılcaya yoluxma halı ya inkar edilməli, ya da təsdiqlənməlidir.

Oxşar xəbərlər