Türkiyədə gün ərzində ikinci zəlzələ olub
27-12-2023, 17:27
6 529

Türkiyədə gün ərzində ikinci zəlzələ olub

Türkiyənin Çankırı vilayətində 4,5 bal gücündə zəlzələ baş verib.

Yerli vaxtla saat 16.04-də meydana gələn zəlzələnin episentri Çankırının Ilgaz rayonudur.

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata əsasən, yeraltı təkanların ocağı yerin 7 kilometr dərinliyində yerləşib. Təbiət hadisəsinin yarada biləcəyi fəsadlarla bağlı hələ ki, açıqlama verilməyib.

Oxşar xəbərlər