Tramp "Evdə tək" filminə necə çəkilib? - Rejissor açıqladı
29-12-2023, 10:31
1 565

Tramp "Evdə tək" filminə necə çəkilib? - Rejissor açıqladı

ABŞ-nin keçmiş prezidenti Donlad Trampın "Evdə tək 2" filminə necə çəkildiyi məlum olub. 
Bu barədə filmin rejissoru Kris Kolumb açıqlayıb. 
Kolumb çəkilişlərin o zaman Trampa məxsus olan "New York Plaza" hotelinin foyesində aparıldığını vurğulayıb: "Biz qonorarı ödədik, amma o bir şərtlə razılaşdı ki, hoteldən istifadə qarşılığında filmə çəkilməlidir". 
Tramp daha əvvəl demişdi ki, "Evdə tək 2" filmindəki həmin epizod filmin uğur qazanmasına kömək edib. Keçmiş Amerika liderinin sözlərinə görə, filmin rejissoru Kris Kolumb ona çəkilişlərdə iştirak etməsi üçün yalvarıb.

Oxşar xəbərlər