İsraildə etirazla qarşılanan məhkəmə islahatları: Mübahisəli qanun ləğv edildi
2-01-2024, 12:16
1 789

İsraildə etirazla qarşılanan məhkəmə islahatları: Mübahisəli qanun ləğv edildi

İsrailin Ali Məhkəməsi Baş nazir Benyamin Netanyahu hökumətinin qəbul etdiyi, ali məhkəmənin səlahiyyətlərini qismən məhdudlaşdıran və ümummilli etirazlara səbəb olan mübahisəli qanunu ləğv edib.
Qanun Netanyahunun təklif etdiyi, İsraildə parçalanmaya və etirazlara, habelə Qərb müttəfiqləri arasında ölkənin demokratik prinsipləri ilə bağlı narahatlıqlara səbəb olan geniş məhkəmə islahatlarının bir hissəsi idi.
“15 hakimdən 8-i qanunun ləğv edilməsinin lehinə qərar verib”, - deyə məhkəmənin açıqlamasında bildirilir.
Netanyahunun partiyası bu qərarı uğursuz adlandırıb və bunun xüsusilə müharibə zamanı xalqın birlik iradəsinə zidd olduğunu bildirib.
Müxalifət deputatları bu qərarı yüksək qiymətləndiriblər.
Xatırladaq ki, təklif olunan qanuna görə, Knesset Ali Məhkəmənin qərarlarını ləğv etmək, habelə hakimləri təyin etmək səlahiyyətinə malik olacaqdı. Lakin bu təklif 2023-cü ilin əvvəlindən İsraildə etirazlarla qarşılandı.
İyulun 24-də isə məlum olub ki, Knesset məhkəmə-hüquq islahatları çərçivəsində birinci qanun layihəsini yekun oxunuşda təsdiqləyib. Birinci düzəlişlər Ali Məhkəmənin icra qərarlarına təsir imkanlarını məhdudlaşdırır, həmçinin hökumətə və nazirlərə hakimlərin seçiminə nəzarət etmək imkanı verir.
Mənbə: Reuters

Oxşar xəbərlər