İndoneziyada güclü zəlzələ oldu
9-01-2024, 10:00
907

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyanın Talaud adası yaxınlığında 6,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Məlumata əsasən, təbii fəlakətin episentri Filippinin General-Santos şəhərindən 171 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 91 km dərinlikdə yerləşib.
Zərər çəkən və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Oxşar xəbərlər