ABŞ-a məxsus helikopter Kaliforniya sahillərində qəzaya uğrayıb
12-01-2024, 11:41
1 292

ABŞ-a məxsus helikopter Kaliforniya sahillərində qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) məxsus helikopter təlim zamanı Cənubi Kaliforniya sahillərində Sakit okeana düşüb.

Bu barədə "Associated Press" Sakit okean donanmasının nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, xilasedici qayıq 6 ekipaj üzvünü sahilə çıxarıb.

Qeyd edilib ki, “MH-60R Seahawk” helikopteri ötən gün San-Dieqo Sakit okean körfəzinə düşüb. Helikopterin qəzaya uğrama səbəbləri araşdırılır.

Oxşar xəbərlər