Qırğızıstan-Tacikistan sərhəd xəttinin daha bir hissəsi razılaşdırılıb
12-01-2024, 15:44
945

Qırğızıstan-Tacikistan sərhəd xəttinin daha bir hissəsi razılaşdırılıb

Qırğızıstan və Tacikistanın dövlət milli təhlükəsizlik komitələrinin rəhbərləri Batkendə görüşüblər.

Görüşdə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev və Tacikistanın Dövlət Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Simumin Yatimov sərhədin delimitasiyası məsələsini müzakirə ediblər.

Qırğızıstan və Tacikistan əvvəllər dəfələrlə atəşə tutulmuş Maksat kəndi ərazisindəki sərhəd üzrə razılığa gəliblər. Bu barədə Batkendəki danışıqların nəticələri ilə bağlı iki ölkənin dövlət milli təhlükəsizlik komitələrinin rəhbərlərinin video-bəyanatlarında elan edib.

Həmçinin hər iki hökumətin nümayəndə heyətinə, işçi qruplarının danışıqlarının intensivləşdirilməsi üçün konkret tapşırıqlar verib. Görüş, dostluq və qarşılıqlı anlaşma şəraitində baş tutub.

Oxşar xəbərlər