Hadisə
29-03-2021, 12:54
147
İntihar edən gənc qız əlaçı tələbə olub - YENİLƏNİB - FOTO
Sumqayıtda intihar edən gənc qızın şəxsiyyəti bəlli olub.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, 18 yaşlı xanımın adı Könül Misirlidir. O, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin birinci kurs tələbəsi olub. Əlaçı olan Könül həm də qrup nümayəndəsi imiş. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi təqaüdü”nə layiq görülüb, bundan savayı, əlaçı olduğuna görə ona universitetin xüsusi təqaüdü də verilib.
Tam orta təhsilini Sumqayıt şəhər 4 nömrəli məktəbdə başa vurub. Buraxılış imtahanında ən yüksək bal toplayaraq məktəb üzrə I yerə çıxıb. Qəbul imtahanında isə birinci ixtisas qrupu üzrə 618 bal yığıb.
İlkin məlumata görə, K.Misirli Bakıda universitetlərin birinə daxil olub, lakin ailəsi onun paytaxta gedib-gəlməyinin çətinlik yaradacağını deyərək qızın Sumqayıt Dövlət Universitetini seçməsini tələb edib.
Qeyd edilir ki, intihar etmiş tələbə dünən axşam saat 10 radələrində qrup yoldaşları ilə əlavə onlayn dərsdə də iştirak edib.