“Opel” və “NAZ-Lifan” toqquşdu, 2 nəfər yaralandı
18-04-2021, 10:12
238

“Opel” və “NAZ-Lifan” toqquşdu, 2 nəfər yaralandı

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.
 Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, nazirliyin"112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində “Opel” və “NAZ-Lifan” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "NAZ - Lifan" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər