Bakıda üç avtomobil toqquşub - YENİLƏNİB - VİDEO
24-07-2021, 13:08
166

Bakıda üç avtomobil toqquşub - YENİLƏNİB - VİDEO

Bakı şəhərinin Binəqədi rayonunda ”Shacman” markalı yük, ”Nissan” və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***11:53
Bu gün saat 11:30 radələrində Biləcəri dairəsi istiqamətində ağır yol qəza hadisəsi baş verib.
Avtovağzal yaxınlığındakı Biləcəri dairəsinə doğru hərəkət edən yük maşını ağır yol qəza hadisəsini törədib.
Qəza zamanı digər avtomobillərə də ziyan dəyib. 
Hadisə zamanı ölən və xəsarət alanlar barədə məlumat yoxdur. 

Oxşar xəbərlər