Satış elanı verdi, kartından pul oğurlandı
4-10-2021, 23:35
177

Satış elanı verdi, kartından pul oğurlandı

Mingəçevir sakini dələduzların toruna düşüb.
Şəhər sakini Fəxri Həsənov alqı-satqı saytlarının birində özünə məxsus qarajı satdığı haqda elan yerləşdirib. Bunu görən dələduzlar həmin şəxslə vatsap vasitəsi ilə əlaqə saxlayaraq qarajı almaq fikirlərini deyiblər. Ona Qazaxstanda olduqlarını və beh vermək üçün kart kodu göndərmələrini istəyiblər. Şəhər sakinin aldadılması isə bundan sonra baş verib.
Fəxri Həsənov kartın şəklini çəkib göndərib: "Bir müddətdən sonra mənə şifrə gəldi, 6 rəqəmli şifrə, hansı ki, o şifrəni vermək olmaz. Orda da qeyd olunur ki, şifrəni kimsəyə vermək olmaz. Sadəcə mənim səhlənkarlığımdan irəli gəldi, mən verdim. Kartlarımdan pullar çəkildi. Dərhal çəkilmədi 2 gün sonra çəkildi. O anda pullar yerindəydi. Məbləğ elə də böyük məbləğ deyildi, bir kartdan 44 manat, digərindən 97 manat pul çəkilmişdi".
Mingəçevir sakini başına gələnlərdən sonra hər kəsi ehtiyatlı davaranmağa çağrıb. O, xarici nömrələrdən və ya tanımadıqları insanlardan gələn zəng, vatsap smslərini açmamağı, kart və hesabların digər şəxslərə verməməyi tövsiyə edib.
Qeyd edək ki, şəhər sakini məsələ ilə bağlı polisə də məlumat verib. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər