Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionuna bəraət verildi
8-10-2021, 19:23
200

Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionuna bəraət verildi

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Həsən Tağıyev 18 il azadlıqdan məhrum edilib. Zaur Yusifovun qətlə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib. Zaur Yusifov məhkəmə zalaından azadlığa buraxılıb.
Qeyd edək ki, məlum qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib.
1995-ci il təvəllüdlü Həsən Tağıyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Həsən Tağıyev saxlanılıb, 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.
Xatırladaq ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.
O, “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı olub.
Təqsirləndirilən Zaur Yusifov isə kikboks üzrə dünya çempionu olub.

Oxşar xəbərlər