Sumqayıtda 27 yaşlı gənc qətlə yetirildi
10-10-2021, 12:02
161

Sumqayıtda 27 yaşlı gənc qətlə yetirildi

Sumqayıtda qətl törədilib.
Gecə saatlarında şəhərin 5-ci mikrorayon ərazisində 2 nəfər arasında düşən mübahisə ölümlə nəticələnib. Sumqayıt şəhər 13-cü mikrorayon sakini 27 yaşlı Tural Abdulova mübahisə etdiyi şəxs tərəfindən bıçaq zərbəsi vurulub. Ürək nahiyəsinə nüfuz edən bıçaq zərbəsi nəticəsində T. Abdulov hadisə yerində ölüb.
Meyit aidiyyatı üzrə təhvil verilib. Qətli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər