Mikroavtobus yük maşını ilə toqquşdu - Ölənlər var
2-11-2021, 16:37
370

Mikroavtobus yük maşını ilə toqquşdu - Ölənlər var

Ələt qəsəbəsində  ölümlə  nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib.  
Hadisə Ələt-Astara magistralının 59-cu kilometrliyində qeydə alınıb.
Belə ki, "FORD TRANZİT" markalı mikroavtobus  hərəkətdə  olan  "HOVO" markalı yük avtomobili  ilə  toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçalanın Şorkənd kənd sakinləri, 1963-cü il təvəllüdlü İsmayılova İradə Balaxan qızı və 1975-ci il təvəllüdlü Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Bir nəfər yaralı isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparırır.

Oxşar xəbərlər