Bakıda avtomobil azyaşlını vuraraq öldürüb
7-09-2020, 15:59
250

Bakıda avtomobil azyaşlını vuraraq öldürüb

Bakıda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 5-də saat 11 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Abşeron rayon sakini M.Mirqasımov idarə etdiyi “QAZ-3302” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 6 yaşlı Səid İmamverdiyevi vurub.
Ağır xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı Binqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər