Bakıda açıq ərazidə yanğın BAŞLADI
7-01-2022, 15:25
131

Bakıda açıq ərazidə yanğın BAŞLADI

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
İlkin məlumata əsasən, açıq ərazidə 250 m² sahədə qamışlıq və məişət tullantıları yanır.

Oxşar xəbərlər