Azərbaycanda gecə saatlarında dəhşət - YARALILAR VAR
28-05-2022, 12:18
8 681

Azərbaycanda gecə saatlarında dəhşət - YARALILAR VAR

Bakının Nəsimi, Nizami, Suraxanı və Sabunçu rayonlarında yol-nəqliyyatı hadisələri qeydə alınıb.
Lent.az xəbər verir ki, yol qəzaları piyadaların vurulması ilə nəticələnib.
Belə ki, Sabunçu rayonu, Zabrat qəsəbəsində piyada üçün müəyyən edilməyən hissədən keçən 1988-ci il təvəllüdlü Xanəliyev Elşad Mehmet oğlunu avtomovil vurub."Suraxanı bazarı"nın yaxınlığında isə 1963-cü il təvəllüdlü Yusif Cavadovu maşın vuraraq ağır vəziyyətə salıb.
Metronun "Qara Qarayev" stansiyasının yaxınlığında piyada üçün müəyyən edilməyən hissədən keçən 1979-cu il təvəllüdlü Namiq Hüseynovuda avtomobil vurub.
Nəsimi rayonu, Azadlıq prospektində piyada keçidindən keçən 1996-ci il təvəllüdlü Qədimov İxtiyar Alxas oğlunu isə sərnişin avtobusu vuraraq ona ağır xəsarət yetirib.
Yaralılar 3 nömrəli xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər