Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Xəsarət alanlar var
18-06-2022, 11:03
17 737

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı - Xəsarət alanlar var

Bakıda çoxmərtəbəli binanın lifti qırılıb.
Hadisə ötən gün gecə saatlarında paytaxtın Nizami rayonunda yerləşən “Yeni Ev 7” MTK-ya məxsus çoxmərtəbəli binada qeydə alınıb.
Belə ki, hərəkətdə olan lift qırılaraq şaxtaya çırpılıb. Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar xəbərlər