Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
2-07-2022, 15:00
18 211

Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı

Şirvanda mikroavtobusdan 10 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata verilib.
Bildirilib ki, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan 10.300 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Səməndərli saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər