Saatlıda 8 nəfər zəhərlənib
4-07-2022, 15:13
7 298

Saatlıda 8 nəfər zəhərlənib

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.
TƏBİB-dən verilən məlumata görə, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.
Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Oxşar xəbərlər