Bakıda tutuquşu oğruları saxlanıldı
19-11-2022, 11:23
8 251

Bakıda tutuquşu oğruları saxlanıldı

Bakıda zoomağazadan 8 tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsəbə ərazisindən “Zil” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yetkinlik yaşına çatmayan 3 nəfər saxlanılıb.
Araşdırmalarla onların M.Ə.Rəsulzadə qəsəbəsindəki zoomağazaların birindən 1000 manat dəyərində 8 ədəd tutuquşu, yem, qəfəs, kassa aparatı və posterminal oğurlamaları da müəyyən olunub.

Oxşar xəbərlər