Qəzada xəsarət alan qadın xəstəxanada dünyasını dəyişdi
4-01-2023, 14:01
926

Qəzada xəsarət alan qadın xəstəxanada dünyasını dəyişdi

Goranboyda yol qəzasında  xəsarət alan qadın xəstəxanada dünyasını dəyişib.
"Unikal"ın məlumatına görə, ölən qadın Şəmkir rayonun Seyfəli kənd  63 yaşlı Səkinə İsgəndərovadır. Ağır qəza yanvarın 1-də Bakı-Qazax magistral yolunun rayon Dəlməmmədli şəhəri ərazisindən keçən  hissəsində qeydə alınıb.
"VAZ 2106" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Nəticədə 5 nəfər xəsarət almışdı.

Oxşar xəbərlər