Sabunçuda yük maşınlarından akkumlyator oğurlayanlar tutuldu
18-01-2023, 11:55
887

Sabunçuda yük maşınlarından akkumlyator oğurlayanlar tutuldu

Sabunçu rayonunda yük avtomobillərindən oğurluq edən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Samid Abdullayev və Elnur Ağayev  tutulublar.
Onların Zabrat, Sabunçu və Balaxanı qəsəbələrində yük avtomobillərinin əsasən akkumlyatorlarını oğurladıqları məlum olub. Həmin şəxslər oğurladıqları akkumlyatorları metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.
Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
 

  • Sabunçuda yük maşınlarından akkumlyator oğurlayanlar tutuldu - VİDEO
  • Sabunçuda yük maşınlarından akkumlyator oğurlayanlar tutuldu - VİDEO

Oxşar xəbərlər