Bakıda göldə meyit tapıldı
17-03-2023, 14:15
740

Bakıda göldə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor gölündə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.
Bu barədə FHN məlumat yayıb. Xəbərə görə, meyitin göldən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində meyit göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər