Gəncədə qazinin evi yandı
17-03-2023, 15:56
7 095

Gəncədə qazinin evi yandı

Gəncədə yanğın hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 33 yaşlı Sənan Həsənova məxsus 1 otaqlı evdə anidən yanğın başlayıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.
Yanğın söndürülüb. Yanğın zamanı 1 otaqlı ev əşiyaları ilə birlikdə yanıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Qeyd edək ki, Sənan Həsənov 44 günlük vətən müharibəsinin iştirakçısıdır. O, şiddətli döyüşlərdə yaralanıb.
 

Gəncədə qazinin evi yandı - FOTOGəncədə qazinin evi yandı - FOTOGəncədə qazinin evi yandı - FOTOGəncədə qazinin evi yandı - FOTO

Oxşar xəbərlər