Bakıda "Jiquli"lər qaçırıldı
24-03-2023, 12:04
1 958

Bakıda "Jiquli"lər qaçırıldı

Bakıda avtomobillər qaçırılıb.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, martın 22-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisindən ayrı-ayrı şəxslərə məxsus 2 “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini  Musa Kazımov müəyyən edilərək saxlanılıb.

Oxşar xəbərlər