Lökbatanda kitabxanadan oğurluq edildi
10-04-2023, 13:25
716

Lökbatanda kitabxanadan oğurluq edildi

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yerləşən kitabxanaların birindən qeyri-aşkar şəraitdə kompüter, printer və noutbuk oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Xəyyam İsrafilov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

Oxşar xəbərlər