TƏCİLİ XƏBƏR: Laçında 22 yaşlı çoban minaya düşdü
12-04-2023, 14:56
1 171

TƏCİLİ XƏBƏR: Laçında 22 yaşlı çoban minaya düşdü

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 22 yaşlı Ramil Əzizov ayağından xəsarət alıb.
O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb. 
Araşdırma aparılır.

Oxşar xəbərlər