Naxçıvanda evi su basdı
13-04-2023, 10:13
410

Naxçıvanda evi su basdı

Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirsəmisinə yağış yağması nəticəsində su dolub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində subasmaya məruz qalmış evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Oxşar xəbərlər