Şəmkirdə qadın narkotikə görə saxlanıldı
1-05-2023, 10:17
2 019

Şəmkirdə qadın narkotikə görə saxlanıldı

Şəmkirdə qadın narkotikə görə tutulub.
"Unikal"ın məlumatına görə, Şəmkir rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən Məmmədova Aygün Haqverdi qızının barəsində toplanmış material üzrə cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədi ilə təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. İstintaq aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin İstintaq bölməsinə göndərilib.  
İstintaqla müəyyən edilib ki, A.H.Məmmədova qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni - 1360 (bir min üç yüz altmış) qram narkotik vasitə olan heroini və 705 (yeddi yüz beş qram)  narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayət əməllərini törədib.
Cinayət işi üzrə A.Məmmədovanın əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilib.

Oxşar xəbərlər