İrandan heroin gətirib satanlar tutuldu
20-05-2023, 12:51
14 102

İrandan heroin gətirib satanlar tutuldu

İranlıdan satış məqsədilə narkotik vasitə alan Şamaxı rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, keçirilən əməliyyat zamanı rayon sakinləri Məhəmməd Babaliyev və Məhəmməd Quliyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan ümumi çəkisi 1 kiloqramdan artıq güclü narkotik vasitə heroin aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitəni İran vətəndaşından onlayn yolla satış məqsədilə aldıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Məhəmməd Babaliyev və Məhəmməd Quliyev

Oxşar xəbərlər