Bakıda yanğın - 3 nəfər tüstüdən zəhərləndi
26-05-2023, 10:08
618

Bakıda yanğın - 3 nəfər tüstüdən zəhərləndi

Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağına yığılan məişət və taxta tullantıları 15 m² sahədə yanıb.
FHN-in saytı xəbər verir ki, yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər