Nazirliyin sığınacağında qadınlar arasında BIÇAQLANMA
2-08-2023, 16:50
7 045

Nazirliyin sığınacağında qadınlar arasında BIÇAQLANMA

Bakıda sığınacaqda bıçaqlanma baş verib. 
Hadisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zabrat qəsəbəsində yerləşən sığınacağında qeydə alınıb. 
Orada məskunlaşan qadınlar arasında baş verən dava sonda bıçaqlanma ilə nəticələnib. 54 yaşlı Xəzəngül İsmayılova 62 yaşlı Tatyana Georgievnanı bıçaqlayıb. 

Yaralı aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisəni törədən qadın tutulub.
Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır. 

Oxşar xəbərlər