Şirvanda yetkinlik yaşına çatmayanlara siqaret satanlar aşkarlandı
1-09-2023, 16:55
7 650

Şirvanda yetkinlik yaşına çatmayanlara siqaret satanlar aşkarlandı

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər zamanı 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, həmin satıcılar barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) inzibati tənbeh tədbiri tətbiq olunub və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Qeyd olunub ki, bu istiqamətdə tədbirlər davam etdirilir.
 

Oxşar xəbərlər