Manşet
8-02-2021, 18:45
184
58 yaşında hüquq diplomu alan Saleh Məmmədovun YOL-u-20 yaşlı oğlu Londonda mülkləri hansı pulla alır ?
58 yaşında hüquq diplomu alan Saleh Məmmədovun YOL-u 20 yaşlı oğlu Londonda mülkləri hansı pulla alır ?
Söhbət YOL-dan düşəndə adamın ağlına 2 məsələ gəlir. Birincidən başlayaq. “AzərYOLservis” ASC sədri Saleh Ərşad oğlu Məmmədovdan. Bu adamın rəsmi tərcümeyi-halında yazılır: Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. 2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirmişdir. Yəni düz 58 yaşında bu adam hüquq diplomu alıb. Atalarımız 40-ında öyrənən gorunda çalar deyib, amma 58 yaşında hüquq diplomu almaq heç kimi ağlına gəlməyib.. İndi ikincidən başlayaq. Yəqin yaşlı nəslin yadında olar. Ötən əsrin 88-90-cı illərində meydanlarda məşhur bir şüar var idi: Müstəqil olsaq, neftimiz özümüzə qalsa…ASFALT-larımızın qalınlığı 5 sm QIZIL-dan olar… Bəli, müstəqil olduq, neftimiz özümüzə qaldı, amma… Saleh Məmmədov kimilərin tamahı ucbatından asfaltın qiyməti QIZIL-ın qiymətini keçdi. Əgər bu gün dünyanın istənilən ölkəsindən YOL üzrə mütəxəssis dəvət etsələr, bizdəki yolun 1 km-nin qiymətini görsə havalanar, dəli olar. Dünyanın heç bir ölkəsində bu qiymətə asfalt salınmır, yol çəkilmir. Görünür xalqımız QIZIL ASFALT deyəndə bunu nəzərdə tuturmuş. Və bu qızıl qiymətinə asfaltın pullarını Saleh Məmmədovlar yeyib harınlayıb, xarici ölkələrdə villalar alıb, bir sözlə yollarımızı bərbad günə qoyublar. Təsəvvür edirsiniz bu adamın 20 yaşlı oğlunun Londonda mülkləri, şirkətləri var bu gün. Görəsən, 20 yaşlı uşaq bu pulları necə qazanıb ? Bəlkə babası Ərşad kişidən xəzinə qalıb, bəlkə dədəsi qızıl küpü tapıb ? Əlbəttə, hamısı xalqdan, dövlət büdcəsindən oğurlanan milyonlardır. Xalq doğru deyir ki, haram xoşunuz olsun. Yaxşı bu milyonları mənimsəyən, daha doğrusu, oğurlayan Saleh Məmmədovun çəkdiyi yollar nə gündədir ? Uzağa getməyək, Qubanın beton yolları, Bakı-Sumqayıt beton yolu və digər yollar nə gündədir ? İndi 100 milyonların səpildiyi həmin yolları söküb təzədən salırlar. Bəs o pullar hara, daha doğrusu, kimin cibinə gedib..? Guya Allah qoymasa, ekspert qismində Almaniyadan mütəxəssislər dəvət etmişdiniz. Sənin kimi oğrulara yazıq alman nə etsin ? İndi Saleh Məmmədov elə açıqlamalar verir ki, elə bil həmin milyonları o yox, biz yemişik. Ancaq indi dövran dəyişib, dünən meydan sulayan nazirlər, icra başçıları qara maskalı görən kimi “panos” olurlar. Növbə sənindir, cənab Saleh Məmmədov. Boş yerə kəmərini sıxma… Nəinki rayonlarda heç Bakıda 10-ca metr düz yol tapmaq olmur. Donqar, yamaqlı yollar Saleh Məmmədovun üz qarasıdır. Allah belə məmurların üzünü qara eləsin.