Manşet
8-02-2021, 20:00
160
Salyan Rayon Xəstəxanasında ÖZBAŞINALIQLAR-BİR XANIMIN ƏLİNDƏ OYUNCAĞA ÇEVRİLİB
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlıya
Bir neçə gün əvvəl Salyan xəstəxanasında gənc qadının doğuş zamanı vəfat etməsi xəbərini oxuduq. Bu Azərbaycan səhiyyəsində az qala adi hala çevrilib. Salyanda isə vəziyyət daha dözülməzdir. Rayon sakininin redaksiyamıza ünvanladığı müraciətdən bəlli olur ki, rayon xəstəxanasında kadrlar şöbəsinin rəisi Samirə xanım hansısa litseyi bitirib. Maraqlıdır rayonda ali təhsilli tibb mütəxəssisləri olduğu halda nə üçün xəstəxanada litsey məzunu şöbə müdiri işləməlidir? Bu azmış kimi Samirə xanımın bacısı orta təhsillə müfəttiş işləyir. Salyan sakini TƏBİB-in İdarə Heyətinin sədri cənab Ramin Bayramlıya müraciət edərək, bu məsələyə aydınlıq gətirməsini xahiş edir. Görəsən, ali tibb təhsilli şəxslərimiz tibb bacısı işlədiyi halda Samirə xanım kimilər nəyin hesabına şöbə müdiri olur?