Manşet
14-04-2021, 17:06
162
Rəhmətlik Hacı Əbdülün şallağı və icra başçısının atasının “kiçik toy” məsələsi
Deyirlər, qulaq gündə bir təzə söz eşitməsə, kar olar.
Amma təzə söz bəzən adamı lap elektroşok kimi vurur.
Əsas məsələyə keçməzdən öncə yaxın tariximizdən bir maraqlı məqama diqqət çəkək.
Yəqin çoxlarının yadında olar rəhmətlik Hacı Əbdül.
90-cı illərdə siyasətə gəlmişdi, ozamankı prezident Ayaz Mütəllibovun tərəfdarı idi. Yəqin yaşlı nəsil xatırlayar. Xırıltılı səslə, şirin Bakı ləhcəsində danışardı.
Sonralar siyasətdən uzaqlaşdı və “Tövbə” cəmiyyətini yaratdı.
Deməli, Hacı Əbdül içkidən, qumardan, narkotikdən, ümumiyyətlə, pis və zərərli vərdişlərdən insanları uzaqlaşdırmaq üçün öz ofisinə dəvət edirdi. Və orada tövbələtmə prosesi başlayırdı. Hacının ofisində yekə bir ŞALLAQ var idi. Hacı orada tövbəyə gələn şəxsləri möhkəm şallaqlayırdı.
Hacının maraqlı bir ideyası da var idi. Deyirdi ki, xristian oğlan uşaqlarını gətirib ofisimdə SÜNNƏT edərək müsəlmanların sayını artırıram, islama dəvət edirəm. Əlbəttə, gülməli olsa da, bu da bizim tariximizdir. Xoşumuza gəlməyə bilər, amma nə etməli, tarixdir.
Hətta bir dəfə Hacı Əbdül televizorda dedi ki, rüşvətxor və korrupsioner məmurları gətirib şallaqlayacam.
Rəhmətlik Hacı Əbdülün bu işlərini nə üçün yada saldıq ?
Söhbət pis və zərərli vərdişlərdən, məmurları şallaqlamaqdan, qeyri-müsəman uşaqları sünnət etməkdən düşmüşkən...
Bizim məmurların çoxu rüşvətxor, korrupsioner və üstəlik əxlaqsız işlərlə məğul olurlar. Bunu bütün cəmiyyət bilir. Bunları möhkəm şallaqlamaq öz yerində.
Bu məmurlar təkcə özləri deyil, müftə puldan yeyib qudurmuş yaxınları da, qohumları da, hətta qardaşları və yaşlı ataları da eyni həyat tərzini yaşayırlar. Məmurun, yaxud icra başçısının yaşlı-ahıl atası bir də görürsən, kiməsə sponsorluq edir, eyş-işrət məclisləri təşkil edir, müsəlmana yaraşmayan hərəkətlər edir və s.
Beləsini şallaqlamaq azdır. Bu məqamda rəhmətlik Hacının SÜNNƏT məsələsi yada düşür. Bu məqamda çox vacibdir qeyd edək ki, icra başçılarından birinin atasını o dünyadan gətirib bu dünyada “kiçik toy “ ediblər. Və sonra zurna-qavalla o dünyaya aparıblar.
Bax, bunu rəhmərlik Hacı Əbdül deyil, başqaları edib.
Ümumiyyətlə, cəmiyyətdəki pis və zərərli vərdişlərə qarşı mübarizə aparmaq lazımdır.