Xəbis qonşularımızın təxribatı millimizin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından uzaqlaşdirilmasına səbəb olub
29-05-2021, 19:42
224

Xəbis qonşularımızın təxribatı millimizin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından uzaqlaşdirilmasına səbəb olub

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatında iştirak edirdi.
Samboçularımız yüksək hazırliğı, güclu idman nümayiş etdirmələri hazırlıq məşqlərinin yaxsi əhval ruhiyyədə keçirilməsi qızıl medalların olacağından xəbər verirdi. Xəbis qonşularımızın təxribatı bizə yarışda uğursuz nəticənin sırınması ilə yaddaşlara həkk olundu. Millimiz Kiprin Limassol şəhərində keçirilən sambo üzrə Avropa çempionatından uzaqlaşdırılıb.
Azərbaycan Sambo Federasiyasından Gundelik-baku.com-a verilən məlumata görə, finalda rusiyalı idmançı ilə qarşılaşan Emil Həsənovun 2:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, görüşün sonuna bir neçə saniyə qalmış hakimin kobud səhvi ucbatından idmançımız qəsdən uduzdurulub. Lakin idmançımız hakimin qərarı ilə razılaşmayıb komandamızın məşqçilərini məsələyə müdaxilə etməyə cağırıb.

"Bundan sonra milli komandamızın məşqçiləri məsələyə müdaxilə ediblər.  Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov özü şəxsən Avropa Sambo Federasiyasının prezidenti ilə birlikdə manitorda keçirilən finalın təkrarına baxıblar.  Məlum olub ki, həqiqətən də hakim idmançımızla bağlı səhv qərar qəbul edib. Federasiyadan redaksiyamıza onu da bildirdilər ki, hakimlər Emil Həsənovla bağlı qərarı dəyişə bilərlər. Beləliklə, bizə təklif etdilər ki, Emil Həsənova kənarda ikinci qızıl medal veriləcək. Lakin fəxri kürsüyə rusiyalı idmançı çıxacaq, Rusiyanın dövlət himni səsləndiriləcək. Biz bununla razılşamadıq və bildirdik ki, haqqımız olan qızıl medalı fəxri kürsüdə, 28 May Respublika Günündə dövlət himnimizin səsləndirilməsi, bayrağımızın qaldırılması ilə qazandığımız qələbəni bayram etmək istəyirik. Razılaşmadıqları üçün samboçularımız yarışlara çıxmaqdan imtina etdilər. Bu səbəbdən də təşkilatçılar Azərbaycan komandasının yarışdan uzaqlaşdırılması barədə qərar çıxarıb", - deyə Azərbaycan Sambo Federasiyasından bildirilib.
 Bakı şəhər İdman və Gənclər idarəsinin rəisi Raqif Abbasovun fikirlərini də oyrəndik. Raqif Abbasov bildirdi ki, biz qalib ölkəyik harda olursa olsun bizə qarşı təxribatlar ola bilər. Biz idmançılarımızın haqlı mövqelərini müdafiə edirik və heç bir qurum, heç bir Beynəlxalq Təşkilat Azərbaycan idmançısına qarşı ədalətsizlik edə bilməz. Biz hər zaman idmançılarımızın yanındayıq və idmançılarımıza təklif olunan qərarla biz də razılaşmırıq. Raqif Abbasov onu da bildirdi ki, Azərbaycan Sambo ailəsinin üzvüdür və Azərbaycan o ölkədir ki, Avropa oyunlarında öz sözünü həmişə deyib. Gənclərimizin əldə etdiyi başqa nailiyyətlər öz qüvvəsində qalıb. Raqif Abbasov şəxsən onuda bildirdi ki, mən Bakı şəhər İdman və Cənclər idarəsinin rəisi olaraq haqları tapdanan idmançilarimizi heç zaman tək qoya bilmərəm. Bu qədər müddətdir ki, coviddən əziyyət çəkən min bir əzab əziyyətlə məşqlər keşirən idmancılarımızın haqqını heş kim tapdalaya bilməz.

Oxşar xəbərlər