“Büyük Fırat” restoranlar şəbəkəsi, yoxsa radikal dindarların oylağı ?- “Büyük Fırat” müştəriləri aldadır ?
23-07-2021, 17:05
297

“Büyük Fırat” restoranlar şəbəkəsi, yoxsa radikal dindarların oylağı ?- “Büyük Fırat” müştəriləri aldadır ?

“Büyük Fırat”  karantin qaydalarına əməl edir ?

Qoşqar Təhməzli  “Büyük Fırat”a  himayədarlıq edir ? 


Ötən əsrin 90-cı illərindən sonra Azərbaycanda  türk  restoran  və kafelərinin sayı durmadan artmağa başladı. 
Əlbəttə, bizimlə qardaş olan  Türkiyənin tanınmış restoran şəbəkələrinin ölkəmizə ayaq açması müsbət haldır. Və sözün düzü, əhalimiz də türk mətbəxini sevir. 
Ancaq  ölkəmizdə tütk şirkətlərinin, məktəblərinin açılması  sonradan müəyyən problemlər də gətirdi. 
Məsələn, vaxtilə ölkəmizdə  Qafqaz universiteti də çox məşhur və sevilən idi. Ancaq sonra bəlli oldu ki, bu boyda təhsil ocağının arxasında Türkiyəyə  düşmən mövqedə dayanan Fətullan Gülən durur. Yəni məqsəd  bambaşqadır. Ona görə də ölkə  rəhbərliyi  səviyyəsində qərar verildi  və Fətullah Gülənin “Qafqaz”  universiteti bağlandı. 
Bu misalı çəkməkdə məqsədimiz odur ki, Türkiyə şirkətlərinin olması özlüyündə pis hal deyil, amma sabah bunun arxasından nələrin  və kimlərin  çıxacağı qaranlıqdır. 
Biz  ölkəmizdə  geniş   yayılan “Büyük Fırat”ın üzərinə kölgə salmaq fikrindən uzağıq. Amma..
Amması odur ki, Azərbaycanın  qida sektorunda, ictimai-iaşə  sahəsində  “Büyük Fırat”ın öz xüsusi çəkisi olsa da ona ciddi  nəzarət yoxdur.  
Restoran, dönərxanalar kimi geniş şəbəkəyə  sahib olan “Büyük Fırat”  ölkəmizdə qida  sahəsinə nəzarət edən dövlət qurumlarının diqqətindən görəsən niyə kənarda qalıb ? 
Bakının ən  gur məkanlarında, metro çıxışlarına yaxın ərazilərdə, şəhərin mərkəzində  “lövbər”  salan “Büyük Fırat” şəbəkəsi barədə vergi orqanları da sanki görməzlikdən gəlirlər. 
Müxtəlif çeşiddə yeməklər, lahmacunlar, dönərlər  və digər qidalar  hazırlayan  “Büyük Fırat”  şəbəkəsi  artıq Azərbaycan mətbəxində özünə əməlli-başlı yer edib. 
Bir daha təkrar edirik ki, qardaş türk mətbəxinin yayılması yaxşıdır. Ancaq müştəri məmnunluğu deyilən bir  qayda da  var. Bəs bu nə yerdədir ? 
Bəli, müştərilərin Böyük Fıratdan narazılıqları  çoxdur. Qidaların hazırlandığı ətlərin keyfiyyəti, mənşəyi bəlli deyil. 
Yeri gəlmişkən, bir nəfər tanışımız dedi ki, uzun illər  Bakıdakı restoranlarda  vaxtı keçmiş dəvəquşu ( strasus ) əti verilirdi, ancaq müştərilər bilmirdi. 
Bu məsələ ölkəmizdə çox aktualdır. Çünki hər il ölmüş heyvan cəmdəklərini dönərxanalara satanlar həbs olunsa da yeniləri peyda olur. Leş  Tofiq gedir, yerinə Eşşək  Mahir gəlir. Ona görə də Azərbaycan istehlakçısı həmişə yediyi dönərin, yeməklərin mənşəyini bilmək istəyir. Təəssüf ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hələ də öz üzərinə düşən vəzifəni yerinə yetirmir. 
Elə bil ki, AQTA-nın sədri  Qoşqar Təhməzli  “Büyük Fırat”a  himayədarlıq edir. 
Əgər belə deyilsə,  AQTA niyə bircə dəfə də olsun “Büyük Fırat”da  monitorinq aparmır, əhaliyə  dürüst məlumat vermir. 
Pandemiya vaxtı, karantin zamanı “Büyük Fırat” şəbəkəsinə aid olan obyektlərdə niyə  maska  taxılmır ? 
Niyə, bircə dəfə də olsun Vergilər Nazirliyi bu boyda şəbəkənin vergidən yayınmasını araşdırmır ?
Bu şəbəkənin obyektlərində çox nadir hallarda kassa aparatına rast gəlmək olar. Bəs onda  şəbəkənin vergiləri necə hesablanır ? 
Kifayət qədər dövriyyəsi olan bu  restoranların, kafelərin  müştəriləri deyirlər ki,  çox vaxt müxtəlif dini sektaların, dini təriqətlərin üzvləri olur. Hətta, “Büyük Fırat”ın  vəhabilərin görüş yeri olduğunu da  deyənlər var. 
Bəs müvafiq qurumlar nə fikirləşir ? 
Niyə tədbir görmürlər ?
Bu artıq bizim səlahiyyətimizdə olan  məsələ deyil. 
Bizdən deməkdir. Əgər eşidən olsa… /Gundelik-baku.com/

Oxşar xəbərlər