Manşet
28-10-2021, 17:38
304
Londonda 30 milyona MÜLK alan Gəncənin icra başçısı Niyazi Bayramov şəhidin anasını niyə qəbul etmir ?
Gəncənin icra başçısı Niyazi Bayramov kimi məmurlar erməni raketlərindən daha təhlükəlidir.
21 yaşlı şəhidin anasını icra başçısı 6 aydır niyə qəbul etmir ?
Niyazi Bayramovlar üçün Mingəçevir, Gəncə, hətta Azərbaycan özü “gömrükxana”dır...
Şəhidin anası kirayə pulu verə bilmir, Niyazi Bayramovun kürəkəni isə Londonda 30 milyona mülk alır...
Bu gün cəmiyyətdə ən çox müzakirə olunan mövzu Gəncə sakini olan şəhid anasının intihara cəhd etməsidir. Bütün sosial şəbəkələrdə bu mövzu müzakirə olunur.
Qısa məlumat üçün qeyd edək ki, ötən il Kəlbəcərdə şəhid olan 21 yaşlı Sahib Hüseynovun anası 6 aydır Gəncə ŞİH-nin başçısı Niyazi Bayramovun qəbuluna düşə bilməyib. Kirayədə qalan və kirayə haqqını verə bilməyən şəhid anasının məqsədi icra başçısından iş istəmək olub. Və 6 ay qəbula düşə bilməyən şəhid anası ŞİH-nin binası qarşısında çoxlu sayda dərman içərək intihar etmək istəyib və nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Birincisi, ondan başlayaq ki, icra başçısı Niyazi Bayramov, yaxud başqa bir icra başçısı kimdir ki, şəhid anasını 6 aydır qəbul etmir ?
Bu qadının 21 yaşlı oğlu bu torpaq uğrunda şəhid olub.
Niyazi Bayramovun 6 ay ərzində onu qəbul etməyə 5-10 dəqiqə vaxtı olmayıb ?
İkincisi, söhbət təkcə şəhid anasından getmir, ümumiyyətlə, icra başçıları vətəndaşları niyə qəbul etmir, aylarla süründürür ?
Əgər şəhidin anası ölsəydi, Niyazi Bayramov bu millətin qarşısında nə cavab verəcəkdi ?
Xəbər yayılandan dərhal sonra Niyazi Bayramov təcili xəstəxanaya gəlib, Allah qoymasa, guya şəhid anasını ziyarət edərək söz verib ki, onu mənzil növbəsinə götürəcək.
Ey Niyazi Bayramov, sənin qəbuluna düşmək üçün, mütləq oturduğun binanın qarşısında intihara cəhd etmək lazımdır ?
Sələfin, Gəncənin keçmiş meri Elmar Vəliyevin başına gələnlər sənə dərs olmadı ?
Lətifəsi səndən uzaq, bir filmdə deyir ee...əə, sizin tayfa nə həyasız olurmuş ...
İndi görək, bu Niyazi Bayramov kimdir ?
21 yaşlı vətən övladları torpaqlarımız uğrunda vuruşub şəhid olur, Niyazi Bayramov isə Allah qoymasa, Qarabağ veteranı olur, “polkovnik” rütbəsi alır.
Bir soruşan yoxdur ki, Niyazi Bayramov hansı cəbhədə vuruşmusan, harandan yara almısan, erməniyə, ümumiyyətlə, güllə atmısanmı ?
Bəs, sənə polkovnik rütbəsini kim verib ?
Əgər sən həqiqətən də Qarabağ veteranı olsaydın, şəhid anasının ayağına sən özün gedərdin, şəhid anasını 6 ay qapında süründürməzdin.
Gəlin, bu polkovnikin avtrobioqrafiyasına nəzər salaq, görək bu haralarda “vuruşub” ?
Bu adam bir müddət vəkil olub, sonra Səbail RİH-də müavin, sonra 1995-1997-ci illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi, 2012-2018-ci illərdə isə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
İndi gördünüzmü, bu adam gömrükdən yanğınsöndürməyə, oradan icra hakimiyyətinə, oradan Gəncə Gömrükxanasına rəis, oradan isə....
Yəni bu adamın q..olundan tutub vəzifələrdə karusel kimi sürüyüblər.
Bəli, Gəncə gömrüyün rəisi və Gəncənin icra başçısı Niyazi Bayramov...
Bu adam üçün nəinki Mingəçevir, nəinki Gəncə, hətta Azərbaycan özü sanki gömrükxanadır.
Amma...
Amması odur ki, bu cəzasızlıq davam edərsə, bizi yaxşı heç nə gözləmir.
Əgər bir il əvvəl rəsmi orqanların Gəncə ŞİH-də apardığı yoxlamadan sonra Niyazinin q...olundan tutub içəri atsaydılar, şəhid anası intihara cəhd etməzdi...
Bəli, bir il aparılan yoxlama zamanı bəlli olmuşdu ki, Gəncəyə ayrılan vəsaitlər aidiyyatı üzrə xərclənməyib, külli miqdarda dövlət vəsaiti mənimsənilib...
Vaxtilə Niyazi Bayramov qudası sabiq idman naziri, mərhum Azad Rəhimova arxayın olub, bu əməlləri törədirdi.
Görəsən, Niyazi Bayramov indi kimə arxayındır ?
Təsəvvür edirsiniz, dövlət tərəfindən hər il Gəncə şəhərinin abadlaşdırılması üçün 10 milyonlarla vəsait ayrılır.
Niyazi Bayramov bu pulları özünə yaxın şirkətlərə saxta tenderlə ötürərək milyonlarla “otkat” alır.
Bu boyda korrupsiya əməlləri araşdırılsaydı və Niyazi Bayramov layiq olduğu cəzanı alsaydı....bu gün şəhid anası intihara cəhd etməzdi.
Təsəvvür edirsiniz, ötən il ermənilərin atdığı raketlərin Gəncədə dağıtdığı evlərin sahiblərinə dövlət başçısı kifayət qədər dövlət vəsaiti ayırıb.
Niyazi Bayramov isə həmin vəsaiti də basıb yeyib.
Kimin şübhəsi varsa, buyurub tanış olsun.
Gəncə sakini deyir ki, icra hakimiyyəti onlar üçün ayrılmış 6 min manat birdəfəlik yardımı və adambaşına ayrılan 1500 manatı ailəyə vermir.
Zərərçəkən qadın qeyd edir ki, dəfələrlə icra hakimiyyətinə və digər qurumlara, hətta Gəncənin millət vəkili Naqif Həmzəyevə məsələ ilə bağlı müraciət etsə də, müraciətləri cavabsız qalıb.
Qadının dediyinə görə, İcra başçısı Niyazi Bayramov bu 9 ay müddətində ailəyə cəmi 2000 manat pul ödəyib və onların dilindən razılıq məktubu alıb: “Bizi otağa saldılar. Gözüm görmür, yoldaşım da yeni əlifbanı bilmir. Oğluma qol çəkdirdilər. Guya ki, biz icra hakimindən razıyıq. Halbuki, icra hakimiyyəti bizim üçün ayrılan 15 min manatdan cəmi 2 min manatı verib bizə”.
İndi gördünüzmü, Gəncənin icra başçısı Niyazi Bayramov kimi məmurlar erməni raketlərindən daha təhlükəlidir.
Belə məmurların şəhid anasının qədrini bilməsi mümkün deyil. Çünki bunların övladları, kürəkənləri Qarabağda deyil, ofşor zonalarda döyüşürlər.
Yeri gəlmişkən, dünən Niyazi Bayramovun kürəkəni Arif Rəhimovun Londonda 30 milyon dəyərində mülkü aşkar oldu.
21 yaşlı şəhidin anası isə kirayə pulunu verə bilmir.
Yəni sözün bitdiyi yer..../Gundelik-baku.com/