Özünü dövlət və siyasi xadim hesab edən Şahin Seyidzadə… - Bu adam necə DEPUTAT olub ?
10-11-2021, 11:33
167

Özünü dövlət və siyasi xadim hesab edən Şahin Seyidzadə… - Bu adam necə DEPUTAT olub ?

50 saylı Abşeron – Qobustan seçki dairəsi üzrə deputat Şahin Seyidzadənin  ömür yoluna  nəzər salıram. 
Az-çox  cəmiyyətdə baş verənlərlə  maraqlanan bir şəxs olaraq ilk dəfədir ki, bu ad-soyadı eşidirəm. 
Bu adam görəsən necə deputat olub ?
Deputatlığı bir kənara qalsın, Vikipediyadakı  avtobioqrafiyasında yazır ki, DÖVLƏT XADİMİ, SİYASİ XADİM…
Adamdan soruşan yoxdur ki, sən nə vaxt siyasi xadim oldun, sən nə vaxt dövlət xadimi oldun..? 
Ümumiyyətlə, dövlət xadiminin nə olduğunu başa düşürsənmi ? 
Məgər 2006-2012-ci illərdə  özəl müəssisələrdə çalışmaqla adam dövlət xadimi olur, ay Şahin Seyidzadə ?
Bəlkə  sahibkarlar konfederasiyasında işləməklə  siyasi xadim olmusan ? 
Bəlkə  hansısa Qeyri-Hökumət Təşkilatında layihə yazıb-pozmaqla  dövlət xadimi olmusan..? 
Sözün qısası, bu adamın özü barədə dövlət xadimi, siyasi xadim deməsi, mənim kosmonavt olmağım kimi bir şeydir. 
Bu adamın həyat yolunda bir normal  fəaliyyət sahəsinə rast gəlmək olmur. 
Amma  9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament  seçkilərində  50 saylı Abşeron-Qobustan seçki dairəsindən millət vəkili seçilib. 
Fikir verdinizmi  bu adam parlamentdə 2 rayonu- Abşeron və Qobustanı təmsil edir. 
Görəsən bu adam gənc yaşında  iki rayonun seçicilərinin etimadını necə qazanıb ? 
Axı, bu adam nə Qobustanda olub, nə də onu Abşeronda tanıyan yoxdur. Bəs seçicilər bu cavan kəsə nə üçün səs veriblər ? 
Bu adam  indiyədək Abşeron, Qobustan sakinlərinin bircə problemi ilə maraqlanmayıb, bir yaralı barmağa “məlhəm”  qoymayıb. 
Bu dövlət və siyasət xadiminin bircə dənə də olsun açıqlamasına  rast gələn olmayıb. 
Bu adam hətta koronavirus barədə də bircə dəfə danışmayıb. 
Bu adamın bircə dəfə də olsun parlamentdə çıxışını eşidən olmayıb. 
Bu adamın tərcümeyi-halını ələk-vələk etsək də onun hansı ixtisas sahibi olduğunu tapa bilmədik. 
Bu adamla bağlı ancaq və ancaq FETÖ-çü  “damqa”sına rast gəldik. 
Mediada  Şahin Seyidzadə FETÖ-nün təhsil sahəsindəki əsas simalarından biri kimi təqdim olunur. 
Cənab deputatın seçiciləri ona müraciət edərək, xahiş edirlər ki, bircə dəfə də biz tərəflərə gəl. 
Ceyranbatan və Saray qəsəbəsində yaşayan  seçicilər  Şahin müəllimi axtarır. Ki, kommunal problemləri ilə bağlı əlac istəsinlər.  
Sakinlər deputatın köməkçisinə aylarla zəng edirlər, amma  Şahin müəllimə “düşə bilmirlər”, cənab deputat həmişə “zanit”dir. 

Şahin Seyidzadənin  “İstək” liseyinin fəaliyyəti ilə bağlı əməlləri lap dözülməzdir. Bu adam  liseydə çalışdığı zaman öz fəaliyyəti və yaratdığı maliyyə problemləri ilə liseyi çökdürüb. 
Kollektivin  təhsil nazirinə ünvanladığı müraciətdə  bu adam haqqında nələr yazılmır.
Kollektivə hədə-qorxu gəlir, milli-mənəvi dəyərləri təhqir edir, ələ salır, hətta “mən azərbaycanlı olmamaq üçün oxumuşam”,  “azərbaycanlı olmaq qorxaq olmaq deməkdir”, “azərbaycanlı olmayın” deyir. 
Bütün bunlar azmış kimi cənab deputat liseyi “meyxanəyə” döndəribmiş, içki içməyənləri təhqir edirmiş... Bunu biz demirik aaa hörmətli deputat, bunu sənin öz seçicilərin deyir.
Həə, daha deməyə, yazmağa söz tapmaq olmur. 
Bəs, görəsən bu ağılla, adam necə deputat olub ? /Gundelik-baku.com/

Oxşar xəbərlər