Təhsil Nazirliyinin BOZ KARDİNALI Firudin Qurbanov…- Nazirliyin “qara kassa”sı HƏBS OLUNACAQMI ?
27-11-2021, 10:31
126

Təhsil Nazirliyinin BOZ KARDİNALI Firudin Qurbanov…- Nazirliyin “qara kassa”sı HƏBS OLUNACAQMI ?

Firudin Qurbanovu  BDU-ya  rektor qoymaq  “malyar”ı rəssam qoymaq kimidir 

Firudin Qurbanov üçün bazar iqtisadiyyatı  təhsili “tolkuçkaya”  çevirməkdir…

Firudin Qurbanov, mərhum Mehdizadə səni görsəydi üzünə…

Nazir müavininin  Sloveniyadakı  biznesi…


SSRİ  dağılanda  keçmiş  sovet  respublikaları bazar iqtisdiyyatına  keçirik deyəndə  Firudin Qurbanov kimiləri elə başa düşdü ki, təhsili, səhiyyəni, mədəniyyəti BAZARA  çevirmək lazımdır. 
Bu adamlar anlamadı ki, BAZAR İQTİSADİYYATI və  BAZAR ayrı-ayrı anlayışlardır. 
Xalqımız əbəs yerə demir ki, filankəs bazar adamıdır. 
Bazar iqtisadiyyatı ilk növbədə bərabər rəqabət, qanunların aliliyi və s deməkdir. 
Həm də onu qeyd edək ki, təhsil ənənəvi ticarət sahəsi deyil, ay Firudun Qurbanov. 
Bütün dövlətlər təhsil sahəsinə kapital yatırır ki, millətin gələcəyi işıqlı olsun. 
Yəni təhsil  restoran, zavod, fabrik deyil ki, qazancı olsun. 
Amma ölkənin ən  rüşvətxor  ali məktəbi- NARXOZ-u bitirən, ən pulgir ali məktəbi olan Kooperasiya institutunda uzun illər ASSİSENT işləyən, imtahanlarda tələbələrdən pul yığan  Firudin Qurbanov gecə yatsa yuxusuna da girməzdi ki, nə vaxtsa Təhsil nazirinin müavini olacaq. 
Bu adamın ən böyük arzusu  DOSSENT olmaq idi. 
Amma köç geri qayıdanda  axsaqlar qabağa düşən kimi  Firidin Qurbanovlar  da qabağa düşdü. 
Çox təəssüf ki, son illər  Azərbaycan təhsili  Firudin Qurbanov kimi  “Narxozu”  bitirənlərin  əlinə keçdi. 
 Nazirlikdə olan az-çox təcrübəli pedaqoq  alimlər, peşəkar təhsil mütəxəssisləri uzaqlaşdırıldı. 
Bu adam uzun illər Kooperasiya İnstitutunda çalışıb. Həmin institut ölkədə ən rüşvətxor ali məktəb kimi tanınırdı. 
Bu adam  Futbol Federasiyasının prezidenti olub. 
Axı, futbol hara, Təhsil Nazirliyi hara ? 
Sonra cənab Qurbanov 2014-cü ildə  təhsil nazirinin müavini oldu. 
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu. 
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu. Yəni bir əldə iki qarpız tutmaq kimi. 
Həm də malyarı-rəngsazı  rəssam qoymaq kimi…
Bəli, qısa vaxtda  malyar-rektor Firudin Qurbanov  xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların  qiymətini dəfələrlə  artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ? (Lazım gələrsə adını da yaza bilərik).
A qiymətləri yazdırdı ? Və rüşvət yığımına start verdi ?
Firudin Qurbanov nazir müavini kimi  orta məktəblərə  müəllim düzəltmək,  şagirdlərin yerdəyişməsi və s  məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun: 
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. 
Təsəvvür edirsiniz, bu adam heç nədən çəkinmədən Sloveniyada öz adına şirkət açır, bizneslə məşğul olur. 
Firudin Qurbanov üçün  məmur  uşaqlarının  imtahanlarını tapşırmaq, qayıb sildirmək də biznesdir. Bu adam az vaxtda   öz qohum-ərəbasını da təhsil sahəsinə doldurub. 
Yəni bu adam təhsil nazirinin müavini  deyil, sanki tayfabaşıdır. 
Cənab Prezidentimiz İlham Əliyev 2003-cü ildə Prezident seçiləndə ilk müsahibəsində demişdir: “ Biz tayfa psixologiyası ilə uzağa gedə bilmərik”. 
Başa düşdünmü, cənab Qurbanov…? /Gundelik-baku.com/

Oxşar xəbərlər